Paşha Bank
Bank Of Baku

Komidə iri neft emalı zavoduna dron hücumu edilib

Komidə iri neft emalı zavoduna dron hücumu edilib
# 09 oktyabr 2026 11:18 (UTC +04:00)

Rusiyanın Komi Respublikasının Uxta şəhərində yerləşən iri neft emalı zavodu dron hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə "OSINT" məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində zavodun texnoloji sahəsində güclü yanğın baş verib.

Məlumata əsasən, Rusiyanın “Lukoyl” şirkətinə daxil olan müəssisə ildə təxminən 4,2 milyon ton neft emal edir. Zavod Ukrayna ilə sərhəddən təxminən 1 750 kilometr məsafədə yerləşir.

Bundan başqa, Rusiyanın Belqorod vilayətində gecə hücumundan sonra neft bazasında yanğın baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR