Masallı sakini təkər təmir edərkən ölüb

Masallı sakini təkər təmir edərkən ölüb
# 09 oktyabr 2014 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Masallı sakini faciəli şəkildə ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən təkər təmiri sexində kənd sakini Əkbər Musayev “KamAZ” markalı avtomobilinin təkərini təmir edərkən təkərdən çıxan dəmir parçası ona dəyib.

Xəstəxanaya yerləşdirilmiş Ə. Musayev oktyabrın 8-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR