Azərbaycanda 9 illik bazadan kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb

Azərbaycanda 9 illik bazadan kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb
# 27 may 2015 09:30 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Azərbaycanda orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla iyunun 1-i saat 23:59-dək özləri təsdiq edə bilərlər.

9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə iyunun 1-i saat 17-dək SQK-larda təsdiqlətdirə bilərlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək TQDK-nın Bakı ş, M.Müşfiq küç, 1m ünvanında yerləşən inzibati binasında və Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Ağcabədi, Xaçmaz şəhərlərində və Naxçıvan MR yerləşən regional bölmələrində fəaliyyət göstərir.

Qeyd edək ki, ərizə qəbulu haqqında elan qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR