Bank Of Baku

Ağdamda avtomobil divara çırpılıb, xəsarət alanlar var

Ağdamda avtomobil divara çırpılıb, xəsarət alanlar var
# 29 aprel 2018 21:48 (UTC +04:00)

Ağdamda avtomobil divara çırpılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Paşabəyli kəndində baş verib.

 

1974-cü il təvəllüdlü Heydərov Şakir Nüsrət oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı daş divara çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır bədən xəsarəti alıb. Yaralılar ilkin olaraq Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam polisi araşdırma başlayıb. Ilkin ehtimala görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün qəza törədib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR