İranda yeni böyük neft layı tapılıb

İranda yeni böyük neft layı tapılıb
# 20 aprel 2013 15:45 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda yeni neft layı kəşf edilib. APA-nın məlumatına görə, bu barədə İran Milli Neft Şirkəti Araşdırmalar Mərkəzinin rəhbəri Hörmüz Kalavənd bildirib. O deyib ki, yeni lay Fars vilayətindən Borazcana qədər davam edir, hətta Fars Körfəzinin altına qədər uzanır: “Bu laya çata bilmək üçün 3300 metrədək qazıntı işi apardıq. İlk quyunu qazdıqdan sonra layda olan neftin 56 dərəcə yüngüllükdə olduğunu öyrəndik. Ona görə də bu neft yüngül neft növünə aid edilir, lakin keyfiyyətlidir”.

H. Kəlavənd qeyd edib ki, bununla da İran neft ehtiyatının həcminə görə ABŞ-ı arxada qoyub: “Hazırda dünyada neft ehtiyatının həcminə görə Səudiyyə Ərəbistanı və Venesueladan sonra İran üçüncüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR