«Böyük səhnə»nin çəkiliş meydançasında xoşagəlməz hadisə baş verib - FOTO

«Böyük səhnə»nin çəkiliş meydançasında xoşagəlməz hadisə baş verib - <span style="color: red;">FOTO
# 16 fevral 2013 08:16 (UTC +04:00)

Bakı - APA. «Böyük səhnə» musiqi layihəsinin çəkiliş meydançasında xoşagəlməz hadisə baş verib. APA-nın məlumatına görə, layihənin iştirakçılarından biri olan Tomris Naibli final öncəsi keçirilən əsas məşq zamanı səhnədə yıxılıb. Bununla əlaqədar təşkilatçılar T.Naiblinin finalda iştirakına şübhə ilə yanaşırlar.

Qeyd edək ki, T.Naiblinin «Böyük səhnə» layihəsinin yarımfinaldakı çıxışı digər iştirakçılarla müqayisədə «Youtube» şəbəkəsində rekord sayda baxılıb.

Layihənin final yarışması bu gün, fevralın 16-da baş tutacaq və saat 21:30-da ATV telekanalında nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR