Hüsni Mübarək misirliləri prezident Mursi ətrafında birləşməyə çağırıb

Hüsni Mübarək misirliləri prezident Mursi ətrafında birləşməyə çağırıb
# 12 mart 2013 03:47 (UTC +04:00)

Bakı-APA. Misirin keçmiş prezidenti Hüsni Mübarək ölkədəki böhrandan çıxmaq üçün misirlilərin prezident Məhəmməd Mursi ətrafında birləşməsinin vacib olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə onun vəkili Fərid əd-Dib məlumat yayıb.

Vəkilin sözlərinə görə, H.Mübarək ölkədəki böhrana görə çox narahatdır.

Hüsni Mübarək 30 ildən çox müddətdə Misiri idarə edib və 2011-ci ildə xalq hərəkatının nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

Hazırda Misirdə liberallar və islamçılar arasında qarşıdurma davam edir. Liberallar islamçıları ölkəni şəriət qanunları ilə idarə etməyə cəhd etməkdə ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR