Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 56 nəfər ölüb

Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 56 nəfər ölüb
# 11 noyabr 2014 07:01 (UTC +04:00)

APA-nın “France Presse”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər Hayrpur şəhəri yaxınlığında baş verib.

Yük maşını ilə toqquşan avtobusda yanğın baş verib. İlkin məlumata görə, Svat dairəsindən Kəraçi şəhərinə gedən avtobusda 80 sərnişin olub. Yerli polisin rəisi Nasir Aftab deyib ki, qəzaya sürücünün yuxulaması nəticəsində avtobusun qarşı hərəkət zolağına çıxması səbəb olub. Həlak olanlar arasında 18 uşaq və 17 qadın da var.

Pakistan prezidenti Məmnun Hüseyn hadisə ilə bağlı başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR