Konstitusiya Araşdırmaları Fondu Neftçalada qadın iştirakçılığı məsələsinə həsr olunmuş ictimai dinləmə keçirib

Konstitusiya Araşdırmaları Fondu Neftçalada qadın iştirakçılığı məsələsinə həsr olunmuş ictimai dinləmə keçirib
# 26 iyul 2012 13:28 (UTC +04:00)
Bakı-APA. USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində 25 iyul 2012-ci il tarixdə Masallı şəhərində T’hsil Resurs Mərkəzində “Qadınlar Arasında Həmrəylik” İB və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda ictimai dinləmə keçirilib. APA-nın məlumatına görə, tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon Məşğulluq Mərkəzinin rəhbərliyi, xanım bələdiyyə sədrləri və üzvləri, məktəb direktorları, müxtəlif dövlət orqanlarında vəzifə tutan qadınlar, həkimlər, yerli QHT və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Neftçala rayon icra hakimiyyəti başçısının I müavini Dilavər Əliyev çıxış ediblər.

Ə.Nuriyev “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda təqdimatla çıxış edib. O, qadın hüquq və azadlıqlarının təsbit olunduğu beynəlxalq sənədlər, konvensiyalar, Azərbaycan Demokratik Respublikası dövründən bu günümüzə qədər qadınların hüquqlarının qorunması, qadın iştirakçılğının dəstəklənməsi, gender bərabərsizliyinin aradan qaldırılması məqsədilə atılan addımlar barədə ətraflı məlumat verib. Ə. Nuriyev qeyd edib ki, qadınların Azərbaycan cəmiyyətində daha da layilqi yer tutması, onların ictimai-siyası proseslərə daha fəal cəlb edilməsinə nail olunması üçün Komitətinin tövsiyyələri diqqətlə öyrənilməli və həyata keçirilməlidir. Tədbirdə “Azərbaycan cəmiyyətində qadınların rolu” mövzusunda məruzə ilə çıxış edən Neftçala rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıxova bildirib ki, ölkəmizdə qadın azadlığı uğrunda mübarizənin zəngin ənənələri var. Onun sözlərinə görə, rayonda təhsil işçilərinin 1210, səhiyyə işçilərinin 793, mədəniyyət sahəsində çalışan 541 nəfərin 341-ni xanımlar təşkil edir. Bu sahədə 64 xanım rəhbər vəzifələri tutur. Azərbyacanda 35 rayonda icra hakimiyyəti başçılarının müavinlərindən biri xanımdır, onlardan biri də Neftçaıa rayonudur.

Nefçala rayon Məşğulluq Mərkəzinin direktoru Valeh Tağıyev “Neftçala rayonunda qadınların məşğulluğu, əməyə cəlb olunma, əmək hüquqlarına münasibət zamanı ayrı-seçkiliyin qarşısının alınması” mövzusunda məruzə edib. Onun sözlərinə görə, rayon Məşğulluq mərkəzi tərəfindən 2012-ci-ilin I yarımilliyində 197 nəfər daimi iş yeri ilə təmin olunub, onların 50,3 faizini qadınlar təşkil edib. 2012-ci-ilin I yarımilliyində 298 nəfər işaxataran qeydiyyata alınıb, onlardan 136 nəfərini qadınlar təşkil edib. Məruzələrdən sonra müzakirələr zamanı qadın iştirakçılığının genişləndirilməsi, onların üzləşdikləri problemlər, çətinliklər, həlli yolları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR