Nazir Əbülfəs Qarayev: “Bu il Azərbaycanda turizm sahəsinin inkişaf tempi ötən ilki göstəricidən çox olacaq” - FOTO

Nazir Əbülfəs Qarayev: “Bu il Azərbaycanda turizm sahəsinin inkişaf tempi ötən ilki göstəricidən çox olacaq” - <font color=red>FOTO</font>
# 22 fevral 2012 09:42 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sektorunda ötən ilki artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricisindən artıq olub və 14% təşkil edib: “Bu, çox gözəl nəticədir. Düşünürəm ki, bu il turizm sektorumuz üçün daha da uğurlu olacaq. Belə ki, bu il ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi və digər nüfuzlu beynəlxalq tədbirlər keçiriləcək, nəticədə Azərbaycana gələn turistlərin sayı da artacaq. Turizmin inkişafı üzrə Dövlət Proqramı 2014-cü ilə qədər davam edəcək. Gələcəkdə turizm sektoru qabaqcıl yerlərdə olacaq”.

Azərbaycanda yeni hotellərin inşa olunduğunu xatırladan nazir deyib ki, hazırda ölkədə təxminən 50-yə yaxın hotel və mehmanxana tikilir: “Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən bütün iştirakçılara “Eurovision”la bağlı öz tövsiyələrimizi vermişik. Bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilib, “Eurovision”a gələcək qonaqlar üçün yerlərin bronlaşdırılması tam başa çatıb. Azərbaycan Turizm Assosiasiyası bununla məşğuldur, bütün cavabdehliyi öz üzərinə götürüb. Hazırda hotellərlə danışıqlar davam edir, müxtəlif xidmətlərin təşkilinə nazirlik də dəstək verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR