Azərbaycanda “Əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” hazırlanır

Azərbaycanda “Əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” hazırlanır
# 24 iyul 2012 08:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyində (MHA) “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqında qanunun icrası ilə əlaqədar İşçi Qrup yaradılıb. MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, Agentliyin sədri Kamran İmanovun rəhbərlik etdiyi İşçi Qrup qanunun icrasını təmin etmək üçün bir sıra normativ hüquqi aktların layihələri üzrə təkliflər hazırlayır: “Hazırda “Əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydaları”nın hazırlanması və həmin nömrələrin verilməsinə görə haqqın məbləğinin müəyyən edilməsi üzərində iş gedir. Kitablara, fonoqramlara, audiovizual əsərlərə və komputer proqramlarının maddi daşıyıcılara köçürülmüş nüsxələrinə nəzarət markalarının yapışdırılması qaydalarının müəyyən edilməsi üçün təkliflər üzərində də işlənilir. Nəzarət markalarının vurulması üçün ödənilən haqqın müəyyən edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir və təkliflər hazırlanır. Təkliflər ümumiləşdirlərək Azərbaycan hökumətinə təqdim ediləcək”.

X. Həsənli deyib ki, qanunun müddəalarının pozulmasına görə sanksiyalar da nəzərdə tutulmalıdır: “Qanunun tələblərinmin pozulmasına görə məsuliyyəti müəyyən edən təkliflər hazırlanır. Hazırda bununla bağlı da beynəlxalq təcrübə öyrənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR