Milli Fəaliyyət Proqramının IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib

Milli Fəaliyyət Proqramının IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib
# 18 aprel 2012 13:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi Nazim Əliyev Azərbaycanda insan hüquq və azadlıqları sahəsində görülən işlərdən danışıb: “Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı olan normativ aktlar və qanunlar təkmilləşdirilib. Bu sahədə bir çox vacib işlər görülüb. Milli Fəaliyyət Proqramının icrası prezident İlham Əliyevin siyasətinin prioritetlərindən biridir. Proqramın icrası çərçivəsində Polis Akademiyasında görülən işlərin əsas məqsədi polislərin bilik və bacarıqlarının artırılmasına xidmət edir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnistutunun direktoru, deputat Aytən Mustafayeva isə Milli Fəaliyyət Proqramının dövlət strukturları qarşısında bir çox mühüm vəzifələr qoyduğunu deyib: “Azərbaycanda insan hüquq və azadlıqları prezident səviyyəsində qorunur. Hər rübün sonunda prezident İlham Əliyevin keçirdiyi iclaslar hesabat xarakteri daşıyır. Həmin iclaslarda təkcə müsbət dəyişikliklər deyil, nöqsanlar da qeyd olunur. Problemlərin həll olunması üçün göstərişlər verilir və onlar öz həllini tapır. İnsan hüquq və azadlıqları sahəsində Azərbaycan bir çox nailiyyətlər əldə edib”.

Tədbirdə AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnistutunun direktor müavini Vüqar Məmmədov “Milli Fəaliyyət Proqramının icrası ilə bağlı İnsan Hüquqları İnistutunun fəaliyyət perspektivləri” mövzusunda, Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi Ceyhun Süleymanov isə “Polis Akademiyasında insan hüquqlarının tədrisi sahəsində görülən işlər” mövzusunda çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR