Nikolay Bordyuja: “Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müdaxilə etmək niyyətində deyilik”

Nikolay Bordyuja: “Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müdaxilə etmək niyyətində deyilik”
# 21 fevral 2012 11:35 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Biz beynəlxalq təşkilat olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müdaxilə etmək niyyətində deyilik”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “RİA Novosti” informasiya agentliyində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Dağlıq Qarabağ münqaişəsinin həlli ilə beynəlxalq təşkilat olan ATƏT-in Minsk Qrupu məşğul olur: “Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Münaqişənin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir. Ona görə də, düşünürəm ki, başqa bir beynəlxalq təşkilatın münqaişənin nizamlanması prosesinə qoşulması düzgün deyil”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR