İran prezidenti: “İrana hücum barədə düşünənlərə xalqımız tarixdə qalacaq dərs verəcək”

İran prezidenti: “İrana hücum barədə düşünənlərə xalqımız tarixdə qalacaq dərs verəcək”
# 29 oktyabr 2012 07:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran xalqı təcavüzkar deyil. Tarix bu xalqın hər zaman yaxşı müdafiəçi olduğunu dəqiq şəkildə göstərib. Tarix boyunca bu ölkəyə hücum edənlər nəticədə alçaq bir şəkildə ölkədən qovulublar”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib.

İran prezidenti İsrailin ölkəsinə qarşı təhdidlərinə də toxunub: “Biz öz hesablamalarımızda İsraili nəzərə almırıq. Ayağını yorğanına görə uzatmayıb? hücum barədə düşünənlərə İran xalqı tarixdə qalacaq dərs verəcək”.

M/ Əhmədinejad Fars körfəzi ətrafında yaranmış vəziyyət barədə də danışıb. O, İransız Fars körfəzinin təhlükəsizliyini təmin etməyin mümkün olmadığını deyib: “İran xalqı 3000 ildən çoxdur, Fars körfəzinin təhlükəsizliyini qoruyur. Bu gün körfəzin təhlükəsizliyi yalnız əcnəbilərin bölgəyə addım atmaları ilə pozulub. Ona görə də İransız bölgənin təhlükəsizliyinin mənası yoxdur. Nyu-Yorkda bir jurnalist mənə “Qərb dövlətlərinin Fars körfəzində hərbi manevr keçirmələri məsələsi ilə bağlı nə düşünürsünüz” sualı vermişdi. Mən isə ona “Bu təlimin əskik tərəfi İranın ona qatılmamasıdır. Çünki bizim bu manevrdən çəkinəcəyimiz yoxdur. Həqiqətən Fars körfəzinin təhlükəsizliyini İran təmin etməkdədir” cavabını verdim”.

M. Əhmədinejad deyib ki, tarixi adlar bir neçə adamın qərar alması və ya bir neçə qəzetin yazması ilə dəyişməz: “Gerçəkdə böyük xalqlar və insani mədəniyyətlər Fars körfəzi kimi bir adı yaradar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR