Azərbaycana məxsus gəminin kapitanı Xəzərdə itkin düşüb

Azərbaycana məxsus gəminin kapitanı Xəzərdə itkin düşüb
# 13 avqust 2012 06:58 (UTC +04:00)
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən “Bahar” neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb.

Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR