Qazaxıstanda baş vermiş yol qəzasında 15 Qırğızıstan vətəndaşı həlak olub

Qazaxıstanda baş vermiş yol qəzasında 15 Qırğızıstan vətəndaşı həlak olub
# 08 may 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanın Karaqanda vilayətinin ərazisində KAMAZ yük maşınının və «Ssang Yong» mikroavtobusunun toqquşması nəticəsində 15 Qırğızıstan vətəndaşı həlak olub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
APA-nın RİA Novosti-yə istinadən bildirdiyinə görə, hadisə gecə saatlarında «Almatı-Yekaterinburq» şosesinin 745-ci kilometrində baş verib.
Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişin və sürücü həlak olublar. Daha iki sərnişin və KAMAZ-ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balxaş şəhər xəstəxanasına çatdırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR