“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın EOD əməliyyat qrupunun bölmə rəisi Bəhruz Namazov deyib.
O, təmizləmə işlərinin davam etdiyini bildirib: “Zəngilanda hava limanının tikintisi ilə bağlı 68 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib. Ümumilikdə Zəngilanda 3 milyon 530 min kv.m ərazidə təmizləmə işləri aparılıb. Hazırda işlər davam edir”.
Qeyd edək ki, Zəngilan və Qubadlı rayonlarında ANAMA-nın apardığı təmizləmə əməliyyatlarını izləmək üçün mətbuat nümayəndələri bölgəyə səfər edib.