Slovakiyanın paytaxtı Bratislavada Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanın “Twitter” səhifəsində məlumat verilib.
Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti, rusiyalı həmsədri İqor Popov, amerikalı həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edirlər.
Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.