Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın növbəti təxribatını pisləyib, Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan edib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə F. Oktay “Twitter”də bildirib.
Onun sözlərinə görə, Ermənistanın son təxribatı onun hüquqdan, atəşkəs sazişindən uzaq olduğunu bir daha sübut edib.
“Beynəlxalq ictimaiyyət bunları görməlidir. Haqqı nahaqdan ayırmağın vaxtıdır”, - deyə F. Oktay qeyd edib.