Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “lifenews” kanalının Çinin BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qətnamə təqdim etməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, belə bir fakt mövcud deyil, ermənilər təxribata əl ataraq yalan məlumat yayıblar.
Qeyd edək ki, “lifenews” telekanalının yaydığı xəbərə görə, Çinin baş naziri “Twitter” səhifəsində yazıb ki, əgər ABŞ, Fransa və Rusiya Çinin “Dağlıq Qarabağ Respublikası” haqqında təqdim etdiyi qətnaməni dəstəkləyərsə, “Dağlıq Qarabağ Respublikası” müstəqil respublika olacaq və BMT-yə üzv qəbul olunacaq.