Bank Of Baku

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb
# 20 iyun 2008 09:46 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR