Bank Of Baku

Yuri Merzlyakov: “Razılıq əldə olunub ki, danışıqlar prosesi “Madrid təklifləri” əsasında davam etdirilsin”

Yuri Merzlyakov: “Razılıq əldə olunub ki, danışıqlar prosesi “Madrid təklifləri” əsasında davam etdirilsin”
# 27 iyun 2008 16:12 (UTC +04:00)
APA-nın məlumatına görə, həmsədrlər Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlama veriblər. Y. Merzlyakov Azərbaycanda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla maraqlı görüşlər keçirdiklərini bildirib. Prezidentlərin Sankt-Peterburq danışıqlarından 2 həftə keçdiyini xatırladan Y. Merzlyakov həmsədrlərin vaxt itirməməyə çalışdıqlarını deyib: “Razılıq əldə olunub ki, danışıqlar prosesi “Madrid təklifləri” əsasında davam etdirilsin. Bu barədə də söhbətlərimiz olub”. B. Fasie isə açıqlamasında həmsədrlərin regiona yeni təkliflərlə gəlmədiyini bildirib: “Hər iki tərəfin Sankt-Peterburqda dediklərini etmək üçün kifayət qədər işimiz var. Çalışır ki, “Madrid təklifləri”nin bəzi müddəalarını aydınlaşdıraq, bəzilərinə əlavələr edək, bəzilərini isə yaxşılaşdıraq. Prezidentlər Sankt-Peterburq görüşünü konstruktiv və pozitiv qiymətləndirilib, optimist olduqlarını bildiriblər. Biz də bundan çıxış edərək Azərbaycanda keçirdiyimiz görüşlərin konstruktiv və pozitiv olduğunu deyə bilərik, amma qarşıda görüləcək çox iş var”. B. Fasie Azərbaycanda Ordu Günündə keçirilən hərbi paradı yüksək qiymətləndirib. M. Brayza isə əhval-ruhiyyənin yaxşı olduğunu deyib, İrəvanda da vəziyyətin belə olacağına ümid etdiyini bildirib: “Buradan İrəvana, oradan isə Xankəndinə gedəcəyik. Ancaq əsas İrəvanda “Madrid təklifləri”nə münasibət öyrənməkdir. Bu səfər əvvəlkilərdən heç nə ilə fərqlənmir. Sadəcə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra ilk dəfədir, regiona gəlirik. Prezidentlər bir-biri ilə ünsiyyətdə olmalıdırlar. Bundan əvvəl isə xarici işlər nazirləri görüşüb, bəzi məsələləri həll etməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR