Bank Of Baku

Devid Kramer: “Qarşıdan gələn prezident seçkisi Azərbaycan üçün böyük imkandır”

Devid Kramer: “Qarşıdan gələn prezident seçkisi Azərbaycan üçün böyük imkandır”
# 27 iyun 2008 17:10 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən D. Kramer Azərbaycanda çox konstruktiv və açıq dialoqlar apardığını bildirib. Bu dialoqların hər iki tərəf üçün çox vacib olduğunu deyən D. Kramer qeyd edib ki, görüşlərdə əsasən, Azərbaycanda keçiriləcək prezident seçkisi və mətbuatın vəziyyəti müzakirə olunub: “Bu seçki Azərbaycan üçün böyük imkandır. Seçki beynəlxalq standartlara cavab versə, Azərbaycan üçün yeni imkanlar açılacaq”. ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyən D. Kramer əlaqələrin xüsusilə enerji və təhlükəsizlik sahələrində daha da inkişaf etdiyini xatırladıb: “Lakin demokratiya, media azadlığı bizim üçün çox vacibdir. ABŞ üçün ən mühüm və vacib tərəfdaşlar demokratik cəhətdən inkişaf edən ölkələrdir. Seçki yalnız səsvermə və səslərin sayılması prosesindən ibarət deyil. Seçki kampaniyasının necə aparılması da vacibdir. Seçkini kifayət qədər beynəlxalq müşahidəçi izləyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR