Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının prezident seçkiləri ilə bağlı qərarı iyulun əvvəllərində məlum olacaq

Açıq Cəmiyyət Partiyasının prezident seçkiləri ilə bağlı qərarı iyulun əvvəllərində məlum olacaq
# 28 iyun 2008 08:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Açıq Cəmiyyət Partiyasının (ACP) prezident seçkiləri ilə bağlı qərarı iyulun əvvəllərində bəlli olacaq. Partiya sədrinin müavini Yaqub Abbasov APA-ya bildirib ki, ayın əvvəllərində Məclisin iclası çağırılacaq. Y. Abbasov partiyanın seçkilərlə bağlı qərarının gecikmədiyini, iştirakla bağlı qərar qəbul edilsə, hazırlıq üçün kifayət qədər vaxt olacağını bildirib: “Partiyanın əsas vəzifəsi seçkilərdə iştirak etməkdir. Biz də istəyirik ki, seçkilərə qatılacaq. Lakin əsas odur ki, normal seçki şəraiti yaradılsın”. Y. Abbasov hazırkı şəraitdə seçkiyə qatılıb-qatılmamaqla bağlı suala konkret cavab verməyib: “Mən istəyirəm ki, normal seçki mühiti yaradılsın”. Y. Abbasov seçkilərlə iştirak üçün partiya lideri Rəsul Quliyevin Azərbaycana qayıtmasının da vacib şərtlərdən biri olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR