Bank Of Baku

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar
# 28 iyun 2008 09:19 (UTC +04:00)
APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, görüşdə danışıqlar prosesinin hazırkı durum müzakirə olunub. E. Nalbandyan Ermənistanın həmsədrlərin 2007-ci ilin noyabrında tərəflərə təqdim etdikləri “Madrid təklifləri”nə yanaşmasını açıqlayıb. E. Erməni nazir onu da bildirib ki, Azərbaycan rəhbərliyinin müharibə çağırışları nizamlama prosesinə və danışıqlarda qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir göstərir.
Həmsədrlər isə Bakıda apardıqları danışıqların nəticələri barədə E. Nalbandyanı məlumatlandırıblar. Azərbaycan rəsmiləri danışıqları müsbət dəyərləndirən diplomatlar münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini bir daha vurğulayıblar. Həmsədrlər “Madrid təklifləri” əsasında tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərini artıracaqlarını da qeyd ediblər.
Həmsədr bu gün Ermənistan prezidenti Serj Sərkisyanla da görüşəcəklər. Onlar İrəvandan Xankəndinə gedəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR