Bank Of Baku

Dağıstan prezidenti: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”

Dağıstan prezidenti: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
# 28 iyun 2008 11:08 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “Dağlıq Qarabağ münaqişəsi böyük faciədir. ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin nizamlanması istiqamətində 1992-ci ildən danışıqlar getsə də, hələlik nəticə yoxdur”. APA-nın “RİA Daqestan”a istinadən verdiyi məlumata görə, bu bəyanatla Dağıstan prezidenti Muxu Əliyev çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmamasının vacibliyini vurğulayıb: “Halbuki müharibədən sonrakı Avropanın sərhədlərini dəyişməyin mümkünlüyünü göstərən Kosovo presedentindən sonra istənilən ölkənin ərazi bütövlüyü sual altına düşə bilər. Bu, münaqişə və müharibələr yarada biləcək ağılsızlıqdır. Ancaq mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll ediləcək. Danışıqlar prosesində iştirak edən tərəflər səbir və müdriklik nümayiş etdirməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR