Bank Of Baku

KXCP-nin ümumrespublika müşavirəsi keçirilib

KXCP-nin ümumrespublika müşavirəsi keçirilib
# 29 iyun 2008 10:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ümumrespublika müşavirəsi keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə rayon təşkilatlarının rəhbərləri iştirak ediblər. Toplantıda bu ilin payızında keçiriləcək prezident seçkiləri müzakirə edilib və yerli təşkilatların mövqeyi dinlənilib. Əksər çıxışçılar partiyanın Ali Məclisinin sonuncu iclasında seçkilərdə iştirakla bağlı qərarını müdafiə edib. Bununla yanaşı seçkilərdə iştirak etməyin əleyhinə olan şəxslər də hazırkı şəraitdə iştirakın əhəmiyyətsiz olduğunu bildiriblər. Fikir ayrılığına görə, məsələyə Ali Məclisin iyulun 7-də keçiriləcək növbəti toplantısında yenidən baxılması nəzərdə tutulur. Yerli təşkilatlar həmçinin, seçkilərdə Mirmahmud Mirəlioğlunun namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR