Bank Of Baku

MSK reklam rolikləri hazırlayır

MSK reklam rolikləri hazırlayır
# 30 iyun 2008 09:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin fəallaşdırılması məqsədilə bir neçə reklam roliki hazırlayır. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, seçicilərin internet vasitəsilə öz adlarını seçici siyahısında axtarmasını təbliğ edən rolik artıq hazırdır və bir neçə gündür telekanallarda nümayiş olunur. Digər rolik isə seçicilərin səsvermə günü atacağı addımlarla bağlıdır. A. Sarıyev seçki kampaniyasına start veriləndən sonra bu rolikin də telekanallarda nümayiş olunacağını bildirib. Bundan əlavə, MSK seçiciləri səsverməyə çağıran 2 müxtəlif plakat çap etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR