Azərbaycan müxalifət partiyası prezident seçkilərində iştirak edib-etməməklə qərarını avqustun 1-də verəcək

Azərbaycan müxalifət partiyası prezident seçkilərində iştirak edib-etməməklə qərarını avqustun 1-də verəcək
# 30 iyun 2008 11:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyası (ADP) Məclisinin növbəti iclasını avqustun 1-nə təyin edib. Partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyi də müəyyənləşib. Toplantıda ilk olaraq partiyanın bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak məsələsinə baxılacaq. Seçkidə iştirakla bağlı qərar qəbul ediləcəyi halda, Məclis rəsmi olaraq namizəd irəli sürəcək və qurumun qərarı Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. H. Rüstəmov hansı qərarın qəbul ediləcəyi barədə indidən hər hansı fikir söyləməyin mümkün olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR