Bank Of Baku

Azərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib
# 30 iyun 2008 12:09 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da Qlobal Ekologiya Fondunun icraçı direktoru, xanım Monika Barbünü qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanda ekologiya sahəsində irimiqyaslı proqramların uğurla icra olunduğunu bildirib, ekologiya ilə bağlı məsələlərin kompleks şəkildə həlli istiqamətində gələcəkdə geniş planların həyata keçiriləcəyini qeyd edib. Prezident İ. Əliyev Qlobal Ekologiya Fondu ilə ölkənin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, bu baxımdan Fondun icraçı direktorunun səfərinin əhəmiyyətini vurğulayıb.
M. Barbü Azərbaycanda ekologiya sahəsində görülən işlərə toxunaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Xanım M. Barbü ümidvar olduğunu bildirib ki, birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR