Bank Of Baku

Ukrayna prezidentinin Bakıya səfəri başlayıb

Ukrayna prezidentinin Bakıya səfəri başlayıb
# 30 iyun 2008 12:40 (UTC +04:00)
Danışıqlar daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Səfər zamanı hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Danışıqlar başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Bakıdakı “Dostluq” kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə “Azərbaycanda Ukrayna Mədəniyyət Günləri”nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR