Bank Of Baku

Azərbaycan prezidenti Çexiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Çexiyanın xarici işlər nazirini qəbul edib
# 04 iyul 2008 15:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Görüşdə çıxış edən dövlət başçısı Azərbaycanla Çexiya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. Ölkələr arasında regional və beynəlxalq çərçivədə əməkdaşlığa toxunan prezident İlham Əliyev GUAM-ın Batumi sammitində Çexiya tərəfinin iştirakının əhəmiyyətini qeyd edib. Dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və qonağın ölkəmizə bu səfərinin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini söyləyib. Karel Şvartsenberq Çexiya Respublikasının Azərbaycana səfər edən ilk xarici işlər naziri olduğunu vurğulayıb. O, ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR