Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib
# 04 iyul 2008 15:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı Müstəqillik günü münasibətilə ABŞ prezidenti Corc Buşa təbrik məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təbrik məktubunda dost Amerika xalqına ən səmimi təbriklərimizi yetirməkdən son dərəcə məmnunluq duyduğunu bildirib: “Amerika Birləşmiş Ştatları dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Biz bu işdə Birləşmiş Ştatların yanındayıq və hər zaman öz töhfəmizi verməyə hazırıq. Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Biz eyni zamanda Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik. Cənab Prezident, bu əlamətdar bayram günündə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR