Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
# 04 iyul 2008 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinə edilən sonuncu dəyişikliklər demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılıb. MSK sədri seçki ilə bağlı maarifləndirmə işlərinin aparılmasına da münasibət bildirib: “Bölgələrdə bəzi təşkilatların seçki ilə bağlı maarifləndirmə işləri apardığı haqda mətbuatda məlumatlar gedir. Əslində, bu kimi maarifləndirmə işləri aparılmazdan öncə Mərkəzi Seçki Komissiyası məlumatlandırılmalıdır. Komissiyanın məlumatı olmadan nə yerli, nə də beynəlxalq təşkilatlar belə tədbirlər həyata keçirməməlidir. Bu proses qanunla tənzimlənməlidir. Bizim bu məsələyə moratorium qoymaq fikrimiz yoxdur. Amma özfəaliyyət olmaması üçün nəzarət olmalıdır. Həmişə demişik ki, bütün QHT-lərə seçki ilə bağlı məsələlərdə dəstək verə bilərik. MSK maarifləndirmə işinin aparılmasında maraqlıdır”. Sonra MSK üzvləri Seçki Məcəlləsinə uyğun olaraq, bəzi müddəalarla bağlı hazırlanan təlimatları müzakirə ediblər. Prezidentliyə namizədin vətəndaş qrupları tərəfindən irəli sürülməsi, siyasi partiya bloklarının qeydiyyata alınmasına dair təlimatlar Seçki Məcəlləsi ilə uyğunlaşdırılaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR