Bank Of Baku

AMİP yubiley tədbirlərinə başlayıb

AMİP yubiley tədbirlərinə başlayıb
# 04 iyul 2008 16:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaradılmasının 16-cı ildönümü ilə bağlı bayram tədbirlərinə başlayıb. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı partiyanın rayon və şəhər təşkilatlarında tədbirlər keçirilir. Yekun olaraq isə bu ilin sentyabr ayında geniş bayram mərasimi təşkil olunacaq. Qeyd edək ki, AMİP-in təsis konfransı 1992-ci ilin iyulun 3-4-də Bakıda keçirilib. Partiyanın ilk sədri Etibar Məmmədov seçilib. O, 2004-cü ildə partiya sədrliyindən istefa verib və 2005-ci ilin qurultayında qurumun lideri elan olunub. 2005-2006-cı illərdə partiyanın sədri Əli Əliyev, 2006-2008-ci illərdə isə Ayaz Rüstəmov olub. Hazırda isə partiyanın sədri vəzifəsini qurumun baş katibi Fuad Muxtarov icra edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR