Bank Of Baku

Azərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb
# 04 iyul 2008 17:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, adı çəkilən rayonlarda qaz təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə 14 milyon manat vəsait ayrılıb. Sərəncamda eyni zamanda “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə bu vəsaitin cari ilin sonunadək təyinatı üzrə istifadəsini təmin etmək və prezidentə məlumat vermək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR