Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Prezident seçkilərinə namizəd qismində qatılmasaq, başqa namizədi müdafiə etməyəcəyik”

Mirmahmud Mirəlioğlu: “Prezident seçkilərinə namizəd qismində qatılmasaq, başqa namizədi müdafiə etməyəcəyik”
# 05 iyul 2008 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Bir sıra məsələlər var ki, onların hazırlığını baş çatdırmamışam. Həmin hazırlıq başa çatdıqdan sonra prezident seçkisinə namizəd kimi qatılmağa “hə” deyəcəyəm”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya deyib ki, partiyada seçkidə iştirakla bağlı ikifikirlilik var: “Partiya üzvləri arasında seçkidə həm iştiraka, həm də boykota üstünlük verənlər var. Hakim fikir isə Ali Məclisin qərarıdır. İndidən partiyanın mövqeyi ilə bağlı danışmağımız Ali Məclisin səlahiyyətlərini mənimsəməkdir”. Onun sözlərinə görə, Ali Məclisin sessiyası iyulun birinci və ya ikinci yarısında keçiriləcək. Məclisin tarixi isə İdarə Heyətinin yaxın günlərdə keçiriləcək toplantısında müəyyənləşəcək. M. Mirəlioğlu prezident seçkisində müxalifətdən olan digər namizədin dəstəklənməsi ilə bağlı məsələyə də münasibətini bildirib: “Müxalifət düşərgəsində təmsil olunan və namizədliyi irəli sürülən partiya rəhbərlərindən kiminsə dəstəklənməsi müzakirə mövzusu deyil. Əvvəlki qərarlarımıza uyğun olaraq onu deyə bilərəm ki, hətta seçkidə namizədsiz iştirak qərarı olsa belə, kimisə müdafiə etmək arzusu və istəyimiz yoxdur. Təşkilat boykota üstünlük verər, amma kimisə müdafiə etməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR