Bank Of Baku

Azərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova “Oka” avtomobili hədiyyə edib

Azərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova “Oka” avtomobili hədiyyə edib
# 05 iyul 2008 09:04 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran şəhər İcra Hakimiyyətində iyulun 3-də Rusiya prezidenti Dmitri Medvedevin II və III dərəcəli “Şöhrət” ordeni təqdim etdiyi Vilvan kənd sakini, II dünya müharibəsinin veteranı Ağadadaş Səmədovla rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin mavini İlqar Rəhimov, Lənkəran Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov çıxış edərək, yüksək mükafat münasibətilə Ağadadaş Səmədova təbriklərini çatdırıblar. Sonda isə veteran döyüşçüyə ölkə başçısı İlham Əliyevin hədiyyəsi olan “OKA” markalı minik avtomobil təqdim olunub. Lənkəran şəhər icra hakimiyyəti isə veterana televizor və torpaq sahəsi hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR