Bank Of Baku

Azərbaycan səfirləri və konsulları Bakıda toplaşıb

Azərbaycan səfirləri və konsulları Bakıda toplaşıb
# 07 iyul 2008 08:03 (UTC +04:00)
Toplantının ilk günündə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Prezident xarici siyasətin prioritetlərindən danışacaq, ölkə diplomatları qarşısında duran vəzifələrin daha da səmərəli həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını verəcək.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə 2006-cı ildə keçirilmiş müşavirədən keçən dövrdə diplomatik xidmət orqanlarının fəaliyyətinə dair məruzə ilə çıxış edəcək.
Daha sonra isə digər nazirlik və komitə rəhbərləri diplomatlar qarşısında çıxış edəcəklər. Bundan sonra diplomatlar Füzuli rayonuna gedəcəklər.
Qeyd edək ki, bu səpkili ilk müşavirə 2004-cü ildə keçirilib. Həmin müşavirədə bu tipli tədbirin iki ildən bir keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR