Bank Of Baku

Qadın parlamentarilərin beynəlxalq konfransı keçiriləcək

Qadın parlamentarilərin beynəlxalq konfransı keçiriləcək
# 07 iyul 2008 08:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar Məlahət Həsənova və Gültəkin Hacıyeva Mərakeşin Kasablanka şəhərinə səfərə yola düşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, azərbaycanlı deputatlar Qadın parlamentarilərin beynəlxalq konfransında iştirak edəcək, müzakirə olunan məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəklər. Səfər iyulun 13-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR