Əsirlikdə olan azərbaycanlılara şəhid statusu verilməsi düzgündürmü? - ARAŞDIRMA
“Bu ermənilərə saxtakarlıq etmək üçün imkan yaradır. Əsir və girovlarla bağlı məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Çünki bu insanlar döyüş meydanında ölməyiblər”. “Həsrət yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova APA-ya açıqlamasında bildirib ki, müharibənin ilk illərində və 1990-cı illərin ikinci yarısında barəsində iki il məlumat olmayan əsir, girov və itkin düşən vətəndaşların bəzilərinə şəhid statusu verilib: “Əslində bu şəxslərə şəhid statusu verməklə onların problemlərinin həll etməyə çalışıblar. İstənilən halda bu düzgün yanaşma deyil”. Onun sözlərinə görə, yerli məhkəmə instansiyaları və əsir, girov ailələrinin üzvləri əsassız olaraq, həmin insanları şəhid kimi rəsmiləşdirilməsinə nail olublar. “Ailə üzvləri yerli məhkəmə orqanına müraciət edib, yaxınlarına şəhid statusu alıblar. Əsirlikdə olan insan heç vaxt şəhid ola bilməz. Onun ya ölüsü ya da dirisi yaxınlarına təhvil verilməlidir. Şahid ifadələri ilə əsir və girovluqda olduğu təsdiqlənən insanı şəhid kimi rəsmiləşdirmək düşmənin məsuliyyətini azaltmaq deməkdir”. E. Orucova Milli Məclisin bu problemə diqqət yönəltməsini və bununla bağlı qanunda dəyişiklik edilməsinin zəruriliyini də vurğulayıb.
Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli isə APA-ya bildirib ki, bu məsələ parlamentin müzakirəsinə çıxarılmayıb: “Şəhid adının əbədiləşdirilməsi haqqında əsasnamə isə Nazirlər Kabineti tərəfindən hazırlanıb”.
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə isə bildirib ki, məhkəmənin qərarı qanunauyğundur. “Onlar sağ-salamat geri dönəndən sonra onlara verilmiş şəhid statusu dəyişdirilə bilər. İstənilən halda məhkəmənin qərarı düzgündür. Digər tərəfdən də bu incə məsələdir və burada sərt mövqe nümayiş etdirmək olmur. Hər bir halda beynəlxalq təcrübə öyrənilməlidir”.
Milli Məclisin deputatı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Azay Quliyev əsir düşən şəxslərə belə bir statusun birbaşa tətbiq edilməsinin çətin olduğunu söyləyib. “Həmin insanlara da şəhid kimi yanaşılmalıdır. Çünki onlar da ərazi bütövlüyü uğrunda əsir düşüblər. Belə bir məsələ qanunvericilik səviyyəsində müzakirə olunarsa, Milli Məclisin deputatı kimi bu məsələyə dəstək verəcəyəm”.
APA-nın sorğusuna əsasən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumatda isə bildirilib ki, beynəlxalq humanitar hüquqda əsir, girov və itkin düşmüş şəxslərin statusu anlayışı yoxdur. Onlarla rəftar qaydaları isə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onlara əlavə edilən müvafiq protokollarla tənzimlənir. “ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixdə qəbul olunan qanununa uyğun olaraq Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid hesab edilir”. Dövlət komissiyası şəxsin itkin düşmüş və ölmüş elan edilməsinin hüquqi əsaslarının mülki qanunvericiliklə tənzimlənildiyi də qeyd olunub: “Bir çox itkin düşmüş şəxslərin ailələri aidiyyəti məsələlərlə bağlı Dövlət Komissiyasına müntəzəm olaraq müraciətlər edir və onlara qanunda nəzərdə tutulan hüquqları izah edilərək məhkəmələrə müraciət etmələri tövsiyyə edilir”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir - RƏY
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
Xəbər Lenti
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA