Bank Of Baku

Gənclər və idman naziri Azad Rəhimov: “Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək”

Gənclər və idman naziri Azad Rəhimov: “Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək”
# 07 iyul 2008 10:56 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, nazir Bakıda keçiriləcək gənclərin V forumu çərçivəsində Gəncə şəhər gənclərin toplantısında iştirak edib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən nazir şəhərin idman həyatı ilə əlaqədar bir sıra məsələlərə aydınlıq gətirib. “Kəpəz” stadionunun təmirinin investisiya planına salınmadığını deyən nazir burada təmir işlərinin “Kəpəz” komandasına sponsorluq edəcək təşkilat tərəfindən həyata keçiriləcəyini bildirib: “Biz istəyirik ki, stadionların təmirini iş adamların, sponsorların vasitəsi ilə həyata keçirək”. Onun sözlərinə görə dövlətin investisiya planına düşən stadionlarda təmir işləri aparılır. Bura Naftalan, Şəki, Zirə, Buzovna, Mingəçevir və Lerik rayonlarındakı stadionlar daxildir. Nazir Bakıda tikintisi nəzərdə tutulan Gənclər şəhərciyinin inşasının bu il baş tutmayacağını bildirib. O, Bakıda Olimpiya stadionunun layihə smeta sənədlərinin hazırlandığını, yaxın günlərdə tikinti işlərinə start veriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR