Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdə olub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdə olub
# 07 iyul 2008 12:37 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Fransada rəsmi səfərdə olub. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi bu ölkənin dövlət qulluğu sistemi ilə yaxından tanış olmaq, iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olub. B. Xəlilov Fransanın Dövlət Qulluğu Məsələləri üzrə dövlət katibi Andre Santini ilə görüşüb. Görüşdə dövlət qulluğu sahəsində Azərbaycan və Fransa təcrübəsi barədə fikir mübadiləsi aparılıb. İdarəetmə və Dövlət Qulluğu Baş Direktorluğunun direktor müavini, dövlət müşaviri Frederik Aladjidi, Dövlət Şurasının xarici əlaqələr üzrə səlahiyyətlisi, dövlət müşaviri Terri Olson ilə görüşlərdə də dövlət qulluğuna aid olan məsələlər müzakirə mövzusu olub. Səfər zamanı nümayəndə heyəti Regionların Öyrənilməsi Milli İnstitutunda, Fransa Milli İdarəetmə Məktəbində də olublar. Görüşlərdə dövlət qulluqçularının hazırlanması və s. məsələlər müzakirə edilib, əməkdaşlığa dair razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR