Bank Of Baku

Milli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

Milli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib
# 07 iyul 2008 15:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının Xarici əlaqələr daimi komitəsinin sədri senator Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov rəhbərlik etdiyi komissiyanın işi barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan-Pakistan əlaqələrinin inkişafında parlamentlərin roluna toxunan S. Seyidov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla diqqətə çatdırıb. Müşahid Hüseyn Səid Azərbaycanın Pakistan üçün çox mühüm ölkə olduğunu deyib: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü və xarici siyasətini dəstəkləyir. İndiyədək Pakistan Ermənistanla heç bir siyasi-iqtisadi əlaqə yaratmayıb və bundan sonra da yaratmaq niyyətində deyil”. Bu gün pakistanlı qonaqlar Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR