Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib
# 07 iyul 2008 15:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, yığıncaqda DUİ-nin prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, DUİ seçkiyə vahid milli platforma ilə qatılacaq. “Demokratik Seçki Mərkəzinə daxil olan partiyalardan bəziləri də bu platformanı dəstəkləyir”. Partiya sədri deyib ki, DUİ seçkiyə 2 namizədlə də qatıla bilər. “Hələlik bu məsələ müzakirə predmetidir. Konkret qərar isə seçkiyə rəsmi start veriləndən sonra veriləcək”. Qeyd edək ki, DUİ-də Azadlıq Partiyası, AMDP və KXCP təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR