Bank Of Baku

Macarıstanın baş naziri: “Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır”

Macarıstanın baş naziri: “Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır”
# 07 iyul 2008 15:39 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Ferenç Dyurçan deyib. O, son iki ildə Azərbaycanla Macarıstan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşa çevrildiyini bildirib. Qonaq enerji, elektrik stansiyalarının tikintisi və rekonstruksiyası, kommunikasiyalar, ətraf mühitin mühafizəsi, yeyinti sənayesi və digər sahələrdə əməkdaşlığın mümkün olduğunu söyləyib. F. Dyurçan Azərbaycan ali məktəblərinin birində macar, Macarıstan ali məktəblərinin birində isə Azərbaycan dilinin tədris edilməsini istədiklərini vurğulayıb. Sonra çıxış edən Azərbaycanın baş naziri Artur Rəsizadə Azərbaycanın və Xəzər bölgəsinin son vaxtlar enerji məsələsində vacib faktora çevrildiyinə diqqət çəkib: “Hazırda Azərbaycan 3 neft və 3 qaz layihəsi həyata keçirir. Bu layihələr müxtəlif mərhələlərdən ibarətdir. Həmin mərhələlərin reallaşdırılması ilə ixrac olunan neft və qazın miqdarı artacaq”. A. Rəsizadə Dağlıq Qarabağ məsələsinə də toxunaraq Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğunu, bu məsələnin ölkənin ən böyük problemi olaraq qaldığını deyib. O, Macarıstanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulacağını, Bakıda isə Macarıstanda 1956-cı ildə baş vermiş hadisələr zamanı ölənlərin xatirəsinə abidə ucaldılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR