Bank Of Baku

Azərbaycan prezidenti: “Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır”

Azərbaycan prezidenti: “Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır”
# 07 iyul 2008 16:06 (UTC +04:00)
Prezident bildirib ki, ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsində diplomatların üzərinə böyük məsuliyyət düşür. O, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşlarını işlədikləri ölkənin dövlət strukturları ilə sıx əməkdaşlıq etməyə, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, ölkənin siyasi və iqtisadi maraqlarının müdafiəsinə yönəlik səyləri artırmağa çağırıb. Dövlət başçısı diplomatların öz fəaliyyətində əsas diqqəti Dağlıq Qarabağ münaqişəsi məsələsinə yönəltməli olduğunu bildirib. Bu istiqamətlərdə böyük uğurlar əldə olunduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə qəbul olunur və beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Azərbaycanın regionda həyata keçirilən qlobal enerji layihələrində rolunu dəyərləndirən dövlət başçısı bildirib ki, ölkənin təkcə regionda deyil, bütün dünyada nüfuzu artır. Prezident diplomatlara qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində öz tapşırıqlarını da verib. Keçirilən müşavirənin nəticələrini APA-ya şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ölkənin xarici siyasət kursunda kəskin dəyişikliklər olmadığını deyib. O, müşavirədə Xarici İşlər Nazirliyinin fəaliyyətinin müzakirə olunaraq dəyərləndirildiyini bildirib. Onun sözlərinə görə, müşavirədə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Hafiz Paşayev çıxış ediblər. Toplantıda ermənilərin təcavüzkar siyasəti, təhlükəsizlik məsələləri, regional və hərbi-siyasi xarakterli məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR