Bank Of Baku

Rəbiyyət Aslanova ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib

Rəbiyyət Aslanova ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib
# 23 iyul 2008 13:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova Azərbaycanda səfərdə olan ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib.
APA-nın məlumatına görə, R. Aslanova görüşdə Azərbaycanda hökm sürən tolerantlıqdan, bunun dünyaya örnək olmasından danışıb. O, indiyə qədər Azərbaycanda dini və etnik zəmində heç bir münaqişənin baş vermədiyini deyib. A. Kuper də Azərbaycanda bütün dinlərə bərabər münasibətin hökm sürməsindən məmnun olduğunu söyləyib.
Bu gün A. Kuper Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR