Bank Of Baku

ARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

ARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
# 24 iyul 2008 08:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşüb. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev ötən ay Fransanın “Total” şirkəti ilə “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Sazişin imzalandığını bildirib. Azərbaycanın enerji diversifikasiyasına böyük önəm verdiyini qeyd edən ARDNŞ prezidenti ölkə rəhbərliyi tərəfindən enerji resurslarının dünya bazarlarına çıxışının alternativliyini təmin etmək üçün ciddi addımların atıldığını vurğulayıb. O, Mərkəzi Asiyada hasil edilən neftin və qazın Azərbaycan üzərindən şəffaf tariflərlə nəql edilməsinin mümkün olduğunu bildirib. ARDNŞ prezidenti “Abşeron” bloku üzrə HPBS-nin imzalanması üçün zəruri işlərin görüldüyünü, “Şahdəniz” yatağının işlənməsinin II fazasının isə marketinq işlərinin davam etdiyini vurğulayıb.
Q. Keller isə HPBS-nin də tezliklə imzalanacağına və birgə aparılacaq işlərin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR