Bank Of Baku

Müsavat Partiyasının Məclisindəki boş yerlərə 18 nəfər öz namizədliyini irəli sürüb

Müsavat Partiyasının Məclisindəki boş yerlərə 18 nəfər öz namizədliyini irəli sürüb
# 24 iyul 2008 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Məclisində boş qalan yerlərə bu günə qədər 18 nəfər öz namizədliyini irəli sürüb. Bu barədə APA-ya Məclisin sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, Məclisdə boş qalan 24 yerin 19-u kişilər, 5-i isə qadınlar üçün nəzərdə tutulub. Namizədliklərin irəli sürülməsi iyulun 28-nə kimi davam edəcək. S. Əkbər bildirib ki, Məclisin iclasında prezident seçkiləri ilə bağlı qərar da qəbul ediləcək və partiyanın namizədi rəsmi olaraq irəli sürüləcək: “Məclisin ötən ildən seçkidə iştirak etməklə bağlı qərarı var. Bu qərar hələ ki qüvvədədir. Yeni qərar qəbul olunana qədər bu istiqamətdə fəaliyyət davam edəcək”.
Qeyd edək ki, Müsavat Məclisinin iclası avqustun 2-nə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR